Now Reading:
Roma Papası Yunanıstandan 12 suriyalı ilə qayıdır
Full Article 1 minutes read

Roma Papası Yunanıstandan 12 suriyalı ilə qayıdır



Yunanıstanın Lesbos adasındakı miqrant düşərgəsinə baş çəkən Roma Papası 12 miqrantı özü ilə Vatikana aparıb.

6 uşaqda daxil olmaqla 3 ailənin üzvləri Suriyada evləri bombalanan müsəlmanlardır.

Vatikan açıqlamasında deyilir ki, Papa öz addımı ilə qaçqınlara “xoş gəlmisiniz” messajını vermək istəyib.

Roma Papası Francis Yunanıstanın Lesbos adasında yerləşən miqrant düşərgəsinə baş çəkərkən orada qalanlara müraciətində “siz tək deyilsiniz” deyib.

Image copyrightAFP

Yunanıstana səfər edən Vatikan lideri baş nazir və pravoslav kilsəsinin rəhbəri ilə görüşüb Image copyright AFP

“Ümidinizi itirməyin. Bir-birimizə bəxş edəcək yeganə hədiyyə sevgidir”.

Yunanıstana səfər edən Vatikan lideri baş nazir və pravoslav kilsəsinin rəhbəri ilə görüşüb.

Roma Papası Lesbosa “İkinci dünya müharibəsindən bəri ən kəskin humanitar böhranı” görmək üçün gəldiyini deyib.

Katolik kilsəsinin rəhbərinin baş çəkdiyi Moria düşərgəsində 3 min miqrant saxlanılır. Onlardan bəziləri Türkiyəyə deportasiya oluna bilər.

Avropaya miqrant axınının azaldılmasına yönələn Aİ-Türkiyə razılaşmasından sonra Lesbos adasında minlərlə insan ilişib qalıb.

Vatikan israr edir ki, yalnız humanitar və dini məqsəd daşıyan Papanın səfəri deportasiyaların tənqidi kimi qəbul olunmamalıdır.

 

bbc.com/azeri

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: