Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Roma papası öncə keşişlər arasında pedofiliyaya son qoysun, sonra Qarabağdan danşsın”

 

Araz Əlizadə: “Tarixən səlib yürüşlərinin başında Roma papaları durub”

Roma papası Fransiskin Ermənistan və Azərbaycanı “kiçik torpaq parçasına görə” müharibədən əl çəkməyə çağırması ölkəmizdə bəzi siyasilər, millət vəkilləri tərəfindən ciddi etiraza səbəb olub. Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən millət vəkili Araz Əlizadə Roma papasını öncə keşişlər arasındakı pedofiliyanı aradan qaldırmağa çağırıb:

“Vatikan dövlət sayılsa da, kilsədir. Roma papası isə çox ağıllı bir kişidir. Lakin bu, o demək deyil ki, o, peyğəmbərdir. Katolik kilsəsinin keşişləri arasında pedofiliya çox yayılıb. Roma papası öncə getsin işçiləri arasındakı pedofiliyanı aradan qaldırsın, bundan sonra gəlsin Qarabağla bağlı hansısa məsələni yoluna qoysun. Qoy o, həmçinin boynuna alsın ki, səlib yürüşlərinin başında Roma papaları durub. Bir qəbrə görə, baxmayaraq ki, çox hörmətli bir qəbirdir, müharibələr aparıb, müsəlmanlara qarşı qırğınlar, qətliyamlar həyata keçiririblər.

Torpaq hər bir halda müqəddəsdir. Biz ana vətən ifadəsi işlədirik. Əgər bir insan öz torpağını qorumursa, sabah öz anasını da qorumayacaq. Anasını qorumayan isə dinini də qorumayacaq. Beləcə, bir-birinə zəngirvari surətdə birləşən bütün insani dəyərlər məhv olub gedəcək”.

Seymur Əliyev

24saat.org

 

 

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Rəsmi Ankara Ərdoğanın məktubunun məzmununa aydınlıq gətirib

%d bloqqer bunu bəyənir: