Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
tiblisi

Ritual qətl Tbilisini şoka saldı

Gürcüstan polisi yaşlı qadının qətlində şübhəli bilinən beş nəfəri həbs edib.

Bu barədə cümə günü, noyabrın 4-də, “İnterfax”a nəşri xəbər verir.

İstintaqla hadisənin ritual qətl olduğu müəyyən edilib. Qətlə yetirilən qadın cinayət iştirakçılarının birinin anası olub.

Bildirilir ki, ikisi qız olmaqla, saxlanılan şəxslərin üçü qətlə görə, daha ikisi isə cinayətin gizlədilməsinə görə həbs edilib.

Gürcüstan DİN-nin məlumatına əsasən, 76 yaşlı qadın oktyabrın 19-da Tbilisidə öz evində öldürülüb. Cinayətkarlar əvvəl qadına elektroşokla işgəncə veriblər, sonradan isə boğaraq çoxsaylı bıçaq zərbələri endiriblər.

“Daha sonra qadının cəsədi dəstə üzvlərinin birnin evinə aparılıb. Burada qatillər onun meyitini tikə-tikə doğrayıblar, sonra isə zibiliyə apararaq yandırıblar”, – məlumatda deyilir.

oxu.az

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

“Facebook”un qurucusu məhkəməyə verildi – Holokostun inkarına görə

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: