Now Reading:
Rioda medal ala bilməyən idmançımız azərbaycanlıları təhqir etdi
Full Article 40 second read

Rioda medal ala bilməyən idmançımız azərbaycanlıları təhqir etdi



London Olimpiadasının bürünc mükafatçısı, milli komandamızın bayraqdarı Teymur Məmmədov sosial şəbəkədə onu məğlubiyyətinə görə tənqid edənləri təhqir edib.

Aznews.az xəbər verir ki, Teymur Məmmədov feysbuk hesabında onu tənqid edənləri axmaq, başdan xarab adlandırıb.

“Bəzi başdan xarablar, boksdan başınız çıxmır nə yalandan, axmaq axmaq yazırsınız?!”, – deyə bayraqdar özündən çıxıb.

Xatırladaq ki, dünən gecənin ikinci döyüşündə London Olimpiadasının bürünc mükafatçısı, milli komandamızın bayraqdarı Teymur Məmmədov yumruqlarının gücünü sınayıb. 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda qazaxıstanlı Adilbek Niyazimbetovla döyüşüb. Medalın bir addımlığında olan boksçumuz bu hədəfinə çata bilməyib. Rəqibinə 0:3 hesabı ilə məğlub olan Məmmədov Olimpiadada çıxışını başa vurub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: