Loading...
Loading...

Rio-de-Janeyroda keçirilən paralimpiya oyunlarına buraxılmayan Rusiya idmançılarına dəstək ROLİKİ

Bu videorolik Rio-de-Janeyroda keçirilən paralimpiya oyunlarına buraxılmayan Rusiya idmançılarına dəstək üçün hazırlanıb.

Videoya baxın, idmançıların öz dilindən məsələyə münasibəti öyrənəcəksiz. Videorolikdə idmançıların məşq zamanı lentə alınmış və əldə etdikləri nəticələr əksini tapıb.

Beynəlxalq idman arbitiraj məhkəməsi rusiyalı paralimpiyaçıların apellyasiya şikayətini rədd edib.

Məhkəmə beləliklə komandanın Rio Olimpiadasına buraxılmaması ilə bağlı qərarı qüvvədə saxlayıb və Beynəlxalq paralimpiya komitəsinin qərarında elə bir prosedur pozuntu görməyib.

Beynəlxalq Paralimpiya Komitəsi bundan əvvəl Beynəlxalq Antidopinq Agentliyinin hesabatına əsasən Rusiya millisinin bütün üzvlərini yarışlardan kənarlaşdırmışdı.

Qərarda 35 rusiyalı idmançının dopinq testinin müsbət çıxdığı, sonradan isə itdiyi və ya dəyişdirildiyi bildirilir.

Millidə isə 270 idmançı var.

Rusiya paralimpiya komitəsinin rəhbəri Vladimir Lukin bundan əvvəl bildirmişdi ki, təmiz idmançıların yarışlardan kənarlaşdırılması insan haqlarının kobud şəkildə pozulması olacaq.

Xatırladaq ki, Paralimpiya oyunları sentyabrın 7-də başlayıb.

24saat.org

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Mədəsi olmayan bu adam kimin mədəsinə işləyib?”

Loading...
%d bloqqer bunu bəyənir: