Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rio-2016-nın talismanı olan yaquar güllələnib – VİDEO

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının məşəl estafetində xoşagəlməz hadisə baş verib.

“Report”un məlumatına görə, məşəl daşıyanların yanında olan Juma ləqəbli yaquar Amazonas ştatında güllələnib.
Yırtıcı heyvan estafetdən sonra nəzarətçilərin əlindən qaçıb. Hadisə hərbi hissənin ərazisindəki zooparkda baş verib. İlk olaraq zoopark işçiləri Jumaya sakitləşdirici iynə vurmağa cəhd ediblər. Amma yaquar həkimlərdən birinin üzərinə hücum çəkib və bu zaman güllələnib.
Qeyd edək ki, Juma ləqəbli yaquar Rio-2016 məşəl estafetinin talismanı idi.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ərdoğan: “Türkiyə AB-yə görə referenduma gedə bilər”

%d bloqqer bunu bəyənir: