Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rio-2016 bayrağa görə çinliləri cinləndirib

“The İndependent” yazır ki, Rio 2016-da Çinin dövlət bayrağının təhrif olunması bu ölkənin mediasını və çinli tamaşaçıları qəzəbləndirib.

Təhrif edilmiş bayraqlar medallarla təltif olunma mərasimində görünüb. Məqalədə deyilir ki, Rio Olimpiya Oyunlarının təşkilatçıları hazırda vətənpərvərliyi ilə məşhur olan ölkənin bayraqlarındakı səhvi aradan qaldırmaqla məşğuldurlar.

“The İndependent” yazır ki, müxtəlif ölkələrin dövlət bayraqlarının təhrif olunması halları kifayət qədər tez-tez baş verir. 2012-ci ildə London Olimpiadasında Şimali Koreyanın qadınlardan ibarət milli futbol komandası Kolumbiya ilə matçdan imtina etmək istəmişdi.
Səbəb Şimali Koreyanın bayrağının yerində onun qatı düşməni Cənubi Koreyanın bayrağının asılması olmuşdu.

London Olimpiadasının təşkilatçıları hadisəni “rüsvayçılıq” adlandırmışdılar. Çinin bayrağı ilə bağlı son insidentə gəlincə isə, ölkənin milli televiziyası səhvi dərhal görmüş və sosial mediada diqqəti bu hadisəyə çəkmişdi.

Hər ulduzun yeri var

“South China Morning Post” qəzeti yazır ki, telekanalın aparıcısı Cui Yongyuan Weibo şəbəkəsindəki 9 milyonluq davamçısına yazırdı: “Dövlət bayrağı elə bir şeydir ki, onun mühümlüyünü hətta ibtidai məktəb uşaqları da bilirlər. Milli bayraq ölkənin simvoludur. Burada səhv yolverilməzdir”.

Çin bayrağında, sol küncə biri böyük dördü kiçik beş ulduz var. Kiçik ulduzlar böyük ulduzu dövrələməli və ona “tuşlanmalıdırlar”. Lakin olimpiadanın atıcılıq və üzgüçülük növləri üzrə medallarının təqdimatı mərasimində qaldırılan bayraqlarda dizayn fərqli olub.

“The İndependent” yazır ki, Avstraliyanın Channel 7 telekanalı da bu həftə Çin tamaşaçılarının qəzəbinə gəlib. Telekanal medal cədvəlində Çin bayrağının yanlış versiyasını nümayiş etdirmişdi. Rio Oyunlarının təşkilatçıları israr edirlər ki, yarışlarda istifadə edilən bütün bayraqlar milli olimpiya komitələri tərəfindən təsdiq edilib (BBC).

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

PKK-dan daha bir hücum — 3 əsgər yaralandı

%d bloqqer bunu bəyənir: