Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rio-2016: Azərbaycan boksçusu bürünc medal qazandı

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı yarımfinal döyüşünə çıxıb.

“Report”un məlumatına görə, onun rəqibi kubalı dünya çempionu Arlen Lopes olub.

Görüş Lopesin üstünlüyü şəraitində keçib. Bunun nəticəsində o, hər 3 raundu qələbə ilə başa vurub.

Beləliklə, Şahsuvarlı Azərbaycanın “Rio-2016″da 9-cu medalını rəsmiləşdirib. Bunadək cüdoçu Rüstəm Orucovla (73 kq), Elmar Qasımov (100 kq), qadın güləşçi Mariya Stadnik (48 kq) və kanoeçi Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş) gümüş, yunan-Roma güləşçiləri Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq), eləcə də kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) və taekvondoçu Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Rio-2016: Azərbaycan 11-ci medalı qazandı

%d bloqqer bunu bəyənir: