Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
filler.jpg

Riçard Dokinz – Təkamül gözlərimizin önündə – I hissə

Bu yazı silsiləmizdə “Niyə təkamülü bu günki dövrdə və ya zamanımızda müşahidə edə bilmirik?” sualını verənlərə çalışıb aydın izahlar verəcəyik və bu izahı hər hansı bir insandan deyil məhz elm insanından almaq daha qənaətbəxş olar sizlər üçün. Sizə məşhur bioloq Richard Dawkinsin “The Greatest Show on Earth : The Evidence for Evolution” (Yer üzərində ən böyük nümayiş-Təkamülün dəlilləri) kitabının kiçik bir hissəsini təqdim edirik.

FƏSİL 5. BİRBAŞA GÖZLƏRİMİZİN ÖNÜNDƏ.

Uqanda filləri

lenski1

Fillərdəki  təkamül dəyişikliklərinin böyük bir qismi hələ insanlar yaranmamışdan əvvəl baş versə də bəzi hadisələr elə sürətlə olur ki, biz təkamülü bir insan ömrü müddətində öz gözlərimizlə müşahidə edə bilərik. Həqiqətə uyğun göstəricilər var ki, bu, Darvinin özünün nəsil dəyişmə müddəti olduqca uzun olan, ən yavaş törəyən canlılardan biri kimi xarakterizə etdiyi fillərlə baş verə bilər. Afrika fillərinin ən əsas ölüm səbəblərindən biri fil sümüyünü ya qənimət, ya da incə naxış kimi satmaq üçün ehtiyac duyan əlisilahlı insanlardır. Təbii olaraq ovçular ən böyük dişə sahib filləri ovlamağa meyillidirlər. Bunun da ən azı nəzəri olaraq mənası odur ki, kiçik dişli fərdlər seçmə qabiliyyəti üstünlüyünə sahib olacaqlar. Hər zaman olduğu kimi təkamüldə seçmə təzyiqlərində ziddiyyətlər olacaq və bizim görəcəyimiz təkamül edən kompromis sayılacaq. Söhbət digər fillərlə rəqabət barəsində gedəndə böyük dişlilər şübhəsiz üstünlüyə sahib olacaqlar, amma onlar silahlı insanlarla qarşılaşdıqlarında bu üstünlük qüsur kimi tarazlaşacaq. Fərqi yoxdur, ovlama qanuni və ya brakonyerlik kimi olsun, istənilən ovlanma intensivliyinin artımı üstünlük tarazlığını kiçik dişlilərə doğru yerini dəyişdirəcəkdir. Digər bərabər şəraitlərdə ovlanma nəticəsində kiçik dişli fillərin xeyrinə bir təkamül meylinin olmasını gözləyə bilərik, amma düşünürdük ki, bunun gözə çarpan dərəcədə olması üçün min illər keçməsi lazımdır. Lakin bunun bir insan ömrü müddətində müşahidə edilməsini gözləmərdik. İndi isə bəzi rəqəmlərə nəzər salaq. Yuxarıdakı qrafik Uqandanın vəhşi təbiət üzrə dairəsinin 1962-ci ildə nəşr olunan məlumatlarını təsvir edir. O, yalnız lisenziyası olan ovçular tərəfindən qanuni olaraq ovlanmış fillərin ilbəil 1925-ci ildən 1958-ci ilə qədər (Uqandanın Britaniya himayəsində olduğu müddətdə) dişin ortalama çəkisini girvənkə ilə göstərir. Nöqtələr – illik rəqəmlərdir. Nöqtələr arası xətti isə gözəyarı deyil, xətti tənəzzül adlı statistik üsulu vasitəsilə çəkilmişdir. Bu 33 il ərzində kiçilməyə doğru bir meylin olduğunu görə bilərsiniz. Və bu meyl statistik olaraq əhəmiyyətlidir, yəni bu, o deməkdir ki, doğrudan da mövcuddur, təsadüfilik effekti deyil. Dişlərdəki kiçilmənin statistik əhəmiyyətli bir meylin olması faktı bunun mütləq təkamüllü bir meylin olduğu mənasını vermir. Demək, əgər 20 yaşlı cavan oğlanların ortalama boylarının əyrisini çəksək, bütünlüklə XX əsr ərzində əksər ölkələrdə artıma doğru əhəmiyyətli bir meyli müşahidə etmək mümkündür. Adətən bu, təkamül bir meyl olaraq deyil, daha çox qidalanmanın yaxşılaşmasının bir nəticəsidir. Bununla belə fillər nümunəsində böyük dişlilərə qarşı güclü bir seçmənin varlığından şübhələnmək üçün əsaslı səbəblərimiz var. Beləliklə, qrafik, qanuni ovlanma nəticəsində əldə olunmuş dişlərə istinad etsə də, bu meyli yaradan seçmə təzyiqi əsasən brokanyerlik ilə şərtlənir. Bunun həqiqətən də təkamüllü bir meyl olma mümkünlüyünə ciddi yanaşmalıyıq və əgər bu, doğrudursa o zaman yetərincə sürətlidir. Amma qərar vermədən əvvəl ehtiyatlı olmalıyıq. Elə ola bilər ki, biz böyük ehtimalla populyasiyada genin rast gəlməsi tezliklərində dəyişikliklərə aparan güclü bir təbii seçməni müşahidə edirik, ancaq belə genetik effektlər hələ qeydə alınmayıb. Bəlkə böyük dişli fillərlə kiçik dişli fərdlər arasındakı fərq genetik deyil. Yenə də mən bunun həqiqətən təkamül bir meyl olması mümkünlüyünün ciddi baxılmasına meyl edirəm. Yeri gəlmişkən vəhşi Afrika filləri populyasiyasının öyrənilməsi üzrə dünyada ən nüfuzlu mütəxəssis olan həmkarım doktor İen Duqlas-Hamilton bu ehtimalı ciddi yanaşır və əlbəttə ki haqlı olaraq məsələnin daha yaxından araşdırılmasına ehtiyac olduğunu düşünür. O, bu meylin 1925-ci ildən daha əvvəl başladığını və 1958-ci ildən sonra da davam etdiyini hesab edir. Onun Asiya fillərinin bir çox yerli populyasiyalarındakı dişsizliyin səbəbinin keçmişdə təsir göstərən eyni səbəbin olmasını düşünməsinə əsas var. Görünür əlimizdə, birbaşa gözümüzün qarşısında baş verən sürətli təkamül barədə “iddia irəli sürməyə” yetərincə sübutlarımız var, o məsələ ki, gələcək tədqiqata əvəzini verə biləcək.

Mənbə: Richard Dawkins-The Greatest Show on Earth: The Evidence for Evolution ; səhifə 53-54.

Yasilelm.com

 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

10 yaşlı qız "Sovetski"də görün nələr etdi – FOTOLAR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: