Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Reuters: “Türk axını” Azərbaycan qazının qarşısını kəsəcək

Moskva və Ankaranın «Türk axını» layihəsinin bərpasının mümkünlüyü barədə bəyanatları Avropa İttifaqında həyəcana səbəb olub. Virtualaz.org xəbər verir ki, bunu Reuters agentliyi Aİ-dəki mənbələrə istinadən bildirib.

Brüsseldə hesab edirlər ki. Yeni qaz kəməri Moskvanın mövqelərinin möhkəmləndirə bilər.

Avropalı diplomatların sözlərinə əsasən, «Türk axını» işə düşəndən sonra Ukrayna Avropaya qaz tranziti ölkəsi statusunu itirəcək, Avropanın «Qazprom»dan asılılığı artacaq, bununla birlikdə Xəzər dənizindən alternativ qaz təchizatı layihələrinin qarşısı kəsiləcək.

«Rusiya Ukraynanı Türkiyə ilə dəyişməyə cəhd edərsə, Türkiyə ilə Rusiyanın yeni dostluğu problemə çevrilə bilər», – bunu Aİ-nin yüksək rütbəli məmuru deyib.

Mənbəyə görə, Ankara Rusiyadan ucuz qaz təchizatında maraqlıdır və çox güman ki, Aİ-tə bir sıra problemli tələblər irəli sürəcək.

Agentlik qeyd edir ki, Avropa İttifaqında Rusiya və Türkiyə prezidentlərinin qarşıdakı görüşünü ehtiyatla izləyəcəklər. Həmion görüş çərçivəsində «Türk axını» üzrə sövdələşmə razılaşdırıla bilər.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Brent markalı neft 42 dollara satılır

%d bloqqer bunu bəyənir: