Now Reading:
Respublika Stadionu “Qarabağ” – PAOK oyununa hazırdır
Full Article 30 second read

Respublika Stadionu “Qarabağ” – PAOK oyununa hazırdır



Futbol üzrə Avropa Liqasının J qrupunda “Qarabağ”la Yunanıstan PAOK-u arasında keçiriləcək Tofiq Bəhramov adına Respublika Stadionu komandaları qəbul etməyə hazırdır.

Stadionun direktoru Şamil Quliyevin Report-a verdiyi məlumata görə, bir müddətdir ot örtüyünün yararsız olması səbəbindən təmirə bağlanan mərkəzi arena tam hazır vəziyyətə gətirilib.

O bildirib ki, aramsız yağışlar yeni ot örtüyünə ziyan vurmayıb. Hazırda arenanın ot örtüyü Qəbələ şəhər stadionuna qulluq edən ingilis Filip Şarplesin nəzarətindədir.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – PAOK oyunu saat 21:00-da başlayacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: