Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Rektorun müəllim və tələbələrin qanını içməyə haqqı var”

Yeni rektor Nurlana Əliyevanın Bakı Slavyan Universitetində tarixi mozaikaları sökdürməsi yekunlaşıb. 24saat.org-un xəbərinə görə, tanınmış vəkil Aslan İsmayılov rektorun muradına çatdığını yazıb.

Hüquqşünas Facebookda qeyd edib: “Dünən Slavyan Universitetinin qarşısından keçdim. Rektor Nurlana Əliyeva istədiyini elədi. Dərə xəlvət, tülkü bəy prinsipinə uyğun ara sakitləşən kimi ramkaya alıb aqlayladığı sənət incisini, universitetin tarixini əks etdirən mozaikanın qalan hissəni də sökdürdü. Belə baxanda düz də elədi”.

 

Onun sözlərinə görə, çünki bunu tək Aslan İsmayılov və beş, on nəfər yox, ilk növbədə həmin təhsil ocağında çalışan professor, müəllim heyəti, tələbələr də tələb etməli idilər:

 

“Bundan sonra Nurlana Əliyevanın həmin müəllim, professor heyətinin və tələbələrin qanını içməyə belə haqqı var. Bundan sonra orada baş verəcək haqsızlıqlara qarşı onların heç birinin etiraz etmək haqqı yoxdur”.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Referendumu nə qədər müşahidəçi izləyəcək?

%d bloqqer bunu bəyənir: