Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Rejimin üzərinə hər zaman şəstlə gedən Fuad”

AXCP sədri Əli Kərimli Facebook səhifəsində partiya sədrinin müavini Fuad Qəhrəmanlı barəsində seçilmiş həbs-qətimkan tədbirinin daha 2 ay artırılmasına münasibət bildirib:

“Statusları, yazıları o qədər sərt oldu ki, rejim onun yazılarını soyuq silah zənn etmişdi. Rəsmən facebookda yazdığı yazılara görə həbs etdilər AXCP sədrinin müavini Fuad Qəhrəmanlını. Bu gün də onun barəsində seçilmiş həbs-qətimkan tədbiri daha 2 ay artırılıb. Fuad bəy mübarizəyə yeniyetmə yaşlarından başlayıb. Həm cəsarətli və mübarizdir, həm də geniş dünyagörüşlü intellektual. 1998-ci ildə, 23 yaşında yazdığı “müxalifətin mitinq taktikası” hakimiyyəti necə qorxutmuşdusa, bu analitik məqaləyə görə nəinki onun özünü həbs etmişdilər, hətta Milli Məclisdə tam bir gün “AXCP-nin dövlət çevrilişinə hazırlaşması” haqda şou müzakirələr də təşkil etmişdilər. Özü hələ gənc olsa da, çox böyük siyasi təcrübəyə malikdir. Siyasətçi kimi hərtərəflidir. Hökumətin istənilən təmsilçisini açıq debatlarda məğlub edəcək hazırlıqlı natiqdir. O eyni zamanda yaxşı təşkilatçıdır. Müxalifətin keçirdiyi həm razılaşdırılmış, həm də razılaşdırılmamış mitinqlərin əsas təşkilatçılarından olub. Bəziləri həbs edilməmək üçün çoxsaylı fəndlərdən istifadə etdiyi halda, o heç vaxt həbs olunmaqdan qorxmadı və repressiyalardan yayınmaq üçün manevr etmədi. Tam əksinə hər zaman rejimin üzərinə şəstlə getdi. 2 aprel 2011-ci il mitinqlərinə görə şərti cəza ilə azad edildiyi məhkəmədən onu da dostları ilə birlikdə həbs etməyi tələb etmişdi. Mitinq Komitəsinin sədri olaraq, 2015-ci ildə Milli Şuranın devalvasiyaya qarşı təşkil etdiyi silsilə mitinqlərin əsas təşkilatçısı o idi. O Azərbaycan uğrunda mübarizəsini həbsdə də davam etdirir. Hökumət öz aləmində onu təcrid edib, bizdən və mübarizədən ayırıb, amma o yenə də mübarizəmizə öz töhvəsini verməyə imkan tapıb. Həbsxanada ölkəmizin milli təhlükəsizlik strategiyası haqda kitab yazıb. Fuad bəyə və bütün siyasi məhbus dostlarımıza azadlıq tələb edirik!”

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Azərbaycan hakimiyyəti qarşısında sərt tələblər qoyuldu

%d bloqqer bunu bəyənir: