Loading...
Loading...

“Referendumun nəticələri problemlərimizi daha çevik formada həll etməyimizə səbəb olacaq”

Dünən Azərbaycan konstitusiyasına dəyişiklik edilməsinə dair Referendum baş tutdu.

Referendumda iştirak edən seçicilərin 90% -ə qədəri qanun layihəsinə təklif olunan dəyişiliklərə “hə” dedi.
Yeni Azərbaycan Partiyasının millət vəkili Aydın MirzəzadəModerator.az-a açıqlamasında referenduma münasibət bildirib:
“Referendum yüksək fəallıq şəraitində keçdi. 66% – ə qədər seçicilərin gəlməsi, 91% seçicinin dəyişiklərin leyhinə səs verməsi insanların bu qanun layihəsinə dəstəyinin bariz nümunəsidir. Referendumdan öncəki təbliğat kampaniyasında hər şey tam qanuni keçirildi. Referendumun tərəfdarları və əleyhdarları fikirlərini açıq formada insanlara çatdıra bildi. Bu bir daha onu göstərdi ki, Azərbaycanda demokratik cəmiyyət formalaşıb. Hesab edirəm ki, konstitusiyamıza edilən dəyişiliklər bundan sonra problemlərimizi daha asan, çevik formada həll etməyimizə səbəb olacaq.”

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

İlham Əliyev Sumqayıt üçün 5 milyon manat ayırdı

%d bloqqer bunu bəyənir: