Loading...
Loading...

Referendumu nə qədər müşahidəçi izləyəcək?

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

İclasda Azərbaycanda keçiriləcək Referendumla bağlı MSK və dairələrdə qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb.
Tədbirdə çıxış edən MSK sədri M.Pənahov deyib ki, indiyədək referendumla əlaqədar Bakı üzrə 161 müşahidəçi qeydiyyatdan keçib: “Bunlardan 82 nəfəri “Yeni Azərbaycan” təşviqat qrupunun, 29 nəfəri “Vətəndaş Cəmiyyəti” təşviqat qrupunun müşahidəçisidir. 42 nəfər öz təşəbbüsü ilə müşahidəçi kimi MSK-dan qeydiyyatdan keçib. 6 nəfər isə MDB Parlament Assambleyasının müşahidəçiləridir. Dairələrdə isə 7503 müşahidəçi qeydiyyata alınıb. Onlardan 903 nəfər siyasi partiyaların, 210 nəfər “Yeni Azərbaycan” təşviqat qrupunun, 207 nəfər “Vətəndaş Cəmiyyəti” təşviqat qrupunun, 1034 nəfər “Bələdiyyə” təşviqat qrupunun müşahidəçiləridir”.
MSK sədri qeyd edib ki, sentyabrın 1-dən etibarən Azərbaycanda Dairə Seçki Komissiyaları (DSX) üçün treninqler işə başlayacaq: “Tədbirlərdə DSX sədrləri və müvafiq şəxslər iştirak edəcəklər”.
M.Pənahov bülletenlərin referenduma 15 gün qalmış paylanılmasını da təklif edib.(Publika.az)

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ramil Usubov ANS-in bağlanmasının səbəbini açıqladı -“15 iyuldan sonra…”

%d bloqqer bunu bəyənir: