Advertisements
24 saat

Referendumla bağlı tədbir keçirilib

Avqustun 31-də Prezident Administrasiyasının, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının təşkilatçılığı ilə “Referendum prosesində referendumqabağı təşviqat mərhələsi, kütləvi informasiya vasitələrinin bu prosesdə rol və vəzifələri” barədə seminar-müşavirə başlayıb.

 
Bizimyol.info xəbər verir ki, tədbirdə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mərkəzi Seçki Komissiyasının, kütləvi informasiya vasitələrinin rəhbərləri və beynəlxalq qurumların nümayəndələri iştirak ediblər. Seminar-müşavirənin gündəliyində referendum qabağı təşviqata dair ümumi tələblər və referendum qabağı təşviqat subyektləri, ödənişli və ödənişsiz əsaslarla aparılan referendum qabağı təşviqata şərait yaradılması prosesində KİV-lərin üzərinə düşən vəzifələr dayanır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: