Son günlər Azərbaycanda bir neçə siyasi fəalın saxlanması həbs dalğasının artacağı sarıdan narahatlıq yaradıb. Baş Prokurorluq bildirir ki, Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fethullah Gülen tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə cinayət işi başlanıb. Qeyd edək ki, Gülen Türkiyə hakimiyyətinin ittihamlarını rədd edir.
Bunu da oxuyun – Cahangir Hacıyev Samir Şərifova Corc Sorosla hücuma keçməyə hazırlaşır
– Mən hesab edirəm ki, referenduma hazırlıq gedir. Cəmiyyətin zəif olduğu bir dönəmdə hakimiyyət referendumu son dərəcə sakit bir tərzdə keçirmək istəyir. Amma hakimiyyət fikirləşir ki, cəmiyyətdəki narazılar buna mane ola bilərlər. Həm də artıq uzun müddətdir ki, Azərbaycanda sərt idarəçilik davam edir. Əvvəlcədən də proqnozlaşdırıldığı kimi, referenduma az qalmış həbs dalğası genişlənə, narazı elektoratın avanqard qüvvələrini əhatələyə bilər.
Bunu da oxuyun – Referemdum: hakimiyyətdaxili qrupların savaşı
– Yəni həbslər davam edə bilər?
Bunu da oxuyun – ”Deputat Aydın Mirzəzadə pulumuzu qaytarmır”
– Həbslər referenduma hesablanıbsa, 3-4 aylıq, yoxsa uzunmüddətli ola bilər?