Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Referendum və sülhməramlı məsələsi Azərbaycanın yenidən baxmaq istədiyi məsələlərdir”

Qabil Hüseynli: “Rus sülhməramlılarının Qarabağda yerləşdirilməsi xüsusilə arzuedilməzdir”

Rusiyanın ATƏT-dəki nümayəndəsi Azərbaycan və Ermənistan arasında əldə ediləcək razılaşmadan sonra Qarabağda sülhməramlıların yerləşdiriləcəyini, artıq bununla bağlı xəritənin hazırlanmaqda olduğunu bildirib.
Maraqlıdır, Qarabağda sülhməramlıların yerləşdirilməsi Azərbaycanın maraqlarına nə dərəcədə cavab verir?
24saat.org-a açıqlama verən politoloq Qabil Hüseynli Qarabağda sülhməramlıların yerləşdirilməsinin ölkəmizin marağına o qədər də cavab vermədiyini vurğuladı:
“Hən referendum, həm də bölgədə sülhməramlıların yerləşdirilməsi məsələsi Azərbaycanın yenidən baxmaq istədiyi məsələlərdir. Dağlıq Qarabağda sülhməramlıların, xüsusilə də rus sülhməramlılarının yerləşdirilməsi isə ölkəmiz üçün arzuedilən deyil. Bu, Azərbaycanın maraqlarına o qədər də cavab vermir. Lakin hələ ki, bu məsələlərin praktikada öz həllini tapmasına çox vaxt. Yəqin ki, o vaxta qədər bütün bu məsələlər daha da dəqiqləşər ki, o zaman məlum məsələlərlə bağlı daha aydın və konkret fikir yürütmək imkanı yaranar”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

DSMF sədrini general qoruyur? – Şikayət

%d bloqqer bunu bəyənir: