Now Reading:
Referendum günü məhkumlar necə səs verəcək? – RƏSMİ
Full Article 1 minutes read

Referendum günü məhkumlar necə səs verəcək? – RƏSMİ



26 sentyabrda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklər edilməsi üçün referendum keçiriləcək.

Azərbaycanda müxtəlif illərdə keçirilən ümumxalq səsvermələrində məhkum və həbs olunmuş şəxslər də, azadlıqda olan insanlar kimi bu hüquqlarından istifadə ediblər. Bu il təxminən 20000-ə yaxın məhkum və həbs olunmuş şəxs öz səsvermə hüququndan istifadə edə biləcək.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov Modern.az-a deyib ki, əvvəlki illərdə olduğu kimi bu ildə həbs edilmiş və məhkum edilmiş şəxslər Konstitusiyaya, seçki qanunvericiliyinə uyğun şəkildə səsvermə hüququndan istifadə edəcəklər. O bildirib ki, şəxslər öz mövqelərini gizli səsvermə yolu ilə ifadə edəcəklər:

“Bizdə kifayət qədər səsvermə hüququ olan şəxslər var. Həbs və məhkum olunmuş şəxslərə mütəmadi olaraq hüquqları başa salınır. Həm seçki qanunvericiliyi izah olunur, həm də hansı hüquqlara malik olmaları izah olunur.

26 sentyabr tarixində referendum günündə də onlar gizli səsvermə hüquqlarından istifadə edəcəklər.

Səsvermə hüququ olan şəxsləin sayına gəlincə, qurum rəsmisi bunları deyib:

“Azadlığa çıxan, yeni həbs olunan şəxslər var. Ona görə dəqiq say demək mümkün deyil”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: