Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Referemdum: hakimiyyətdaxili qrupların savaşı

 

Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendumun vaxtı yaxınlaşdıqca bu qəfil layihə barədə ən müxtəlif mülahizələrin irəli sürülməsi davam edir. Məlumat üçün deyək ki, referendum sentyabrın 26-na təyin olunub.

Bəzi ekspertlər hesab edir ki, ölkə başçısı İlham Əliyevin bu addımı hakimiyyətdaxili savaşın kəskinləşməsi ilə bağlıdır. Ölkə başçısı artıq komandaya inanmır, ona görə də özünü sığortalayacaq addımlar atmaq məcburiyyətində qalıb. Bu fikirdə olanlar arqument kimi vitse-prezidentlik institutunun yaradılması və prezidentə Milli Məclisi buraxmaq səlahiyyətinin verilməsilə izah edirlər. Bildirək ki, layihədə birinci vitse-prezident və vitse-prezident postu yaradılır. Prezident səlahiyyətini yerinə yetirə bilmədikdə səlahiyyətlər müvafiq olaraq birinci vitse-prezidentə və vitse-prezidentlərə keçir. Hazırki konstitusiyaya görə isə, prezident səlahiyyətlərini yerinə yetirə bilmədikdə bu görəvi baş nazir icra edir. İlk baxışda deyilə bilər ki, burada elə də ciddi fərq yoxdur. Lakin məsələ burasındadır ki, baş naziri Milli Məclis təsdiq edir. Amma birinci vitse-prezident və vitse-prezidentlərlə bağlı belə deyil. Bunlar təyinatlı postdur. Ekspertlər məhz bu amili əsas gətirərək İlham Əliyevin komandasına güvənmədiyi barədə mülahizə irəli sürürlər.

Lakin 24saat.org-a daxil olan məlumatda iddia edilir ki, hakimiyyətdə referenduma münasibət birmənalı deyil. İqtidar daxilində belə rəy var ki, bu proses hansısa qruplaşmanı sıradan çıxarmağa hesablanıb. Məlumata görə, hakimiyyət daxilində layihənin paşayevlərə məxsus olduğu barədə rəy hakimdir. Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, hakimiyyətdə böyük güc sahibi olan Bəylər Əyyubovun da bu məsələdə Paşayevlərə dəstək verdiyi iddia olunur. “Hökumətdə bu referendumun 2009-cu ildə keçirilən referenduma cavab olduğunu düşünənlər də var”,-bəzi ekspertlər belə deyir.

Xatırladaq ki, 2009-cu il referendumu ilə bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan qadağa aradan götürülüb.

Xatırladaq ki, o zaman bu birinci ledinin prezident olmasına qarşı addım kimi dəyərləndirilirdi.

24saat.org

 

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Hakimiyyət Gülən əməliyyatına nə vaxt başlayır?

%d bloqqer bunu bəyənir: