Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Real”dan yeni bomba

İspaniyanın “Real” klubu “Valensiya”nın futbolçusu Andre Qomesi transfer etmək istəyir. ANS PRESS-in məlumatına görə, madridlilər portuqaliyalı ulduz üçün rəsmi dəvət təklif göndərib.

“Real”ın “Valensiya”ya 65 milyon avro təklif etdiyi deyilir. Qomesi uzun müddət Luka Modriçin yerini dolduracaq oyunçu kimi transfer etmək istəyən Zinəddin Zidanın Paul Poqbadan vaz keçmədiyi, əvəzində Nqolo Kantedən imtina etdiyi deyilir.

“Barselona”, “Çelsi”, PSJ və “Yuventus”un da istədiyi Qomesin “Valensiya” ilə 2020-ci ilədək müqaviləsi var. La Liqa klubu onun müqaviləsinə 120 milyonluq bənd salıb. Bu bəndə əsasən portuqaliyalı 120 milyon avro qarşılığında istədiyi kluba keçə bilər.

“Valensiya” Qomesi ötən yay “Benfika”dan 15 milyon avroya alıb. Hazırda “Transfermarkt” ona 20 milyon avro qiymət qoyub. 23 yaşlı yarımmüdafiəçi 2015/16 mövsümündə 41 rəsmi oyuna çıxıb və 5 qol vurub.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Putin Rusiyanın qapılarını əcnəbilərin üzünə açdı – Viza qərarı

%d bloqqer bunu bəyənir: