Now Reading:
Real təhlükə: Azərbaycanda yeni ucqun sahələri yarandı
Full Article 2 minutes read

Real təhlükə: Azərbaycanda yeni ucqun sahələri yarandı



elemdar-piriyevAzərbaycanın bəzi sürüşmə sahələri yenidən aktivləşib, bəzi ərazilərdə isə hətta yeni ucqun sahələri yaranıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Trend-ə bildirib ki, mart ayı ərzində Bakıda Bayıl, Badamdar, Əhmədli, Əhmədli-Günəşli, Nərimanov dairəsi sürüşmə sahələrində stabillik davam edir: “Bakı-Sumqayıt magistral yolunun 1-ci km-ində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında bərpa-gücləndirmə işlərinin aparılması nəticəsində prosesin dinamikası üzərində monitorinq işləri müvəqqəti olaraq dayandırılıb”.

Ə.Piriyev qeyd edib ki, martda Bakıda Zığ, Masazır sürüşmə sahələrindəki mövcud çatlarda 2-3 sm genişlənmə və sürüşmə kütləsinin hərəkəti müşahidə edilib: “Binəqədi 1-ci mədən yaşayış sahəsində, Maştağa, Zabrat, Şuşa şəhərciyi sahəsində qrunt sularının səviyyəsi qalxıb və subasma hadisəsi baş verib”.

Ə.Piriyev əlavə edib ki, ötən ay Astara rayonunun sürüşmə Kijəbə, Burcubənd sürüşmə sahələrində aktivləşmə baş verib: “Lerik rayonunun Lənkəran-Lerik yolunun 17-19, 27-29, 45-47 km-liyində yağıntının təsirindən uçqun-töküntü hadisələri baş verib. Lənkəran rayonunda Horavenç, Gəgiran sürüşmə sahələrində aktivləşmə qeydə alınıb. Rayonun Gəgiran sürüşmə sahəsi hətta genişlənərək 60-65 metr olub.

Nazirlik rəsmisinin sözlərinə görə, Quba rayonunun Quba-Xınalıq yolunun 37-46-cı km-liyində sürüşmə sahəsində nisbi stabilliyin davam etməsinə baxmayaraq, yolun 37-40-km-liyində kişik ölçülü yeni ucqun sahələri əmələ gəlib.

Şamaxı rayonunun Bakı-Şamaxı yolunun 106-111 km-liyində, Bakı-Ağsu yolunun 132-156-km-liyində sürüşmənin dinamikasında fəallaşma daha çox müşahidə edilib: “Çatlarda sürüşmə kütləsinin üzərində 5 sm-dək genişlənmələr baş verib, hətta yeni çatlar əmələ gəlib. Bəzi ərazilərdə uçqun-töküntü hadisələri də qeydə alınıb”.

Ə.Piriyev deyib ki, Şamaxıda Qaravəlli, Muğanlı sürüşmə sahələrində də qismən fəallaşmaya təsadüf olunur: “Muğanlı-İsmayıllı yolunun 2-11, 23-24, 27-29 km-liyində müvafiq çatlarda genişlənmə nəzərə çarpır. Yolun 23-24 km-liyində sürüşmə kütləsində 3 mm-ə qədər hərəkət müşahidə edilib. Respubklikanın digər ərazilərində isə nisbi stabillik davam etməkdədir”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: