Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Real” Ronaldo ilə danışıqlara başladı

“Real”ın hücumçusu Kriştiano Ronaldo daha uzun illər komandada qala bilər.

“Kral klubu”nun rəhbərliyi portuqaliyalı futbolçu ilə danışıqlara başlayıb.

Rəhbərlik Ronaldo ilə 2021-ci ilə qədər müqavilə yeniləmək niyyətindədir. 31 yaşlı futbolçu “Real”la müqavilə yeniləyəcəyi təqdirdə 36 yaşına qədər Madrid klubunda qalacaq. Belədə o karyerasını “Real”da başa vura bilər.

Qeyd edək ki, 2009-cu ildən “Real”da oynayan Ronaldo cari mövsüm keçirdiyi 34 oyunda 31 qol vurub.

qol.az

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Qarabağ”ı dayandıran tapılmır

%d bloqqer bunu bəyənir: