“Real” Pepeni göndərir

“Real” bu mövsümün sonu futbolçusu Pepe ilə yolları ayırmağa hazırdır.
Qol.az-ın “AS” qəzetinə istinadən yaydığı xəbərə görə, portuqaliyalı müdafiəçi Madrid klubu ilə yeni müqavilə imzalamaq barədə razılığa gələ bilməyib.
Pepe “Real”la iki illik müqavilə imzalamaq istəyib. Ancaq Madrid klubu ona 1 illik müqavilə təklif edib. Bu səbəbdən də tərəflər arasında razılıq əldə edilməyib.
Bu mövsümün sonu “Real”la müqaviləsi başa çatacaq Pepenin azad agent kimi istənilən klubla danışıqlar aparmaq hüququna malik olduğu qeyd edilib.
Qeyd edək ki, Pepe ilə Çinin “Quançjau Everqrand” və “Şanxay Telles” klubları maraqlanır. Hər iki klubun Pepeyə “Real”da qazandığı maaşdan iki dəfə artığını verməyə hazır olduğu bildirilib. Pepe Madrid klubunda ilinə 5.5 milyon avro qazanır.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Ronaldu Messidən küsdü, mesaj verdi: “Bundan sonra…”

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: