Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
38321

“Real MTK”-nın həbsdə olan sədrinin səhhəti pisləşdi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi baş tutmayıb. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, İlham Qasımovun səhhətində problem olduğundan məhkəməyə gətirilməyib. Hakim prosesi noyabrın 29-dək təxirə salıb.
Xatırladaq ki, prokuror çıxışında İlham Qasımova 13 il azadlıqdan məhrum edilməsini istəyib.
İ.Qasımov bu il iyun ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Bir mənzili bir neçə şəxsə satmaqda ittiham olunan İ.Qasımova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham verilib və barəsində həbs-qətimkan tədbiri seçilib.  Daha sonra İ.Qasımov barəsində CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.  Məhkəmə prosesində zərərçəkmiş qismində şair Gülağa Tənha (Gülağa Qəmbərov) ifadə verib. O, İ. Qasımova 19,5 milyon dollar verdiyini deyib.
İlham Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi də tanınıb. Akif Çovdarov İlham Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Yeni Yasamalda sakinlər etiraz aksiyası keçirdi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: