REAL mitinqlərə niyə qoşulmadı? – İlginc

REAL nə Müsavatın, nə də Milli Şuranın mitinqlərinə dəstək verdi. 24saat.org-un məlumatına görə, müxalif təşkilat referendum əleyhinə nümayişlərə qoşulmaqdan imtina edib.


REAL partiyaların bu gün və sabah keçiriləcək mitinqləri barədə bir bəyanat belə verməyib. Hərəkatın üzvləri də Facebook statuslarında bu məsələyə toxunmayıb.
Baxmayaraq ki , REAL üzvləri ilə Müsavat yetkililəri arasında yaxınlaşma var, tez-tez bir məclislərdə iştirak edirlər. Bununla belə Müsavatın da mitinqinə dəstək ifadə olunmayıb.
REAL-ın geri çəkilməsinin ilginc səbəbləri ola bilər. Onlardan biri hərəkatın icraçı katibi Natiq Cəfərlinin 1 ay sonra həbsdən azad edilməsidir.
Digər səbəb kimi REAL sədri İlqar Məmmədovun referendumdan sonra həbsdən buraxılacağı ehtimalıdır. Hər halda hərəkatın strateji siyasət yürütməsi mümkündür.
Xatırladaq ki, referendumla bağlı təşəbbüs qrupu yaratmış təşkilat daha sonra imza toplaya bilməyib. Bundan sonra REAL referendumla bağlı fəaliyyətini dayandırdığını elan edib.

Ziya Məmmədovun müşaviri həbsin astanasında – SABİQ NAZİRİN BAŞI DƏRDDƏ

Sonrakı Yazı »

Bakıda müxalifətin mitinqi başlayır

%d bloqqer bunu bəyənir: