Loading...
Loading...

REAL hərəkatının idarə heyətinin üzvü ABŞ Konqresinə niyə dəvət olunmadı?

REAL hərəkatının idarə heyətinin üzvü Erkin Qədrlinin ABŞ Konqresində Azərbaycanla bağlı təşkil olunan dinləmələrdən kənarlaşdırılması cəmiyyətdə geniş müzakirə olunmaqdadır.

E. Qədirlinin müzakirədən kənarlaşdırılması barədə müxtəlif mülahizələr səslənir. Azvision.az saytında bu gün gedən xəbərdə bildirilib ki, Qədirlinin Konqresdən kənarlaşdırılmasının əsas səbəbi AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli olub. Belə ki, E. Qədirli Konqresdə çıxışdan kənarlaşdırılaraq onun yerinə Əli Kərimlinin oğlu dəvət olunub. Bəs bu deyilənlər nə dərəcədə doğrudur? Erkin Qədirli ABŞ-a dəvət olunanda o, bilirdimi çıxışçılar kimlər olacaq?
Moderator.az-a açıqlama verən Erkin Qədirli məsələyə münasibət bildirdi:
“Məni bu tədbirə ABŞ Konqresi dəvət etmişdi.  Artıq orada çıxış edəcəyim mətni də hazırlamışdım. Azərbaycanda insan haqları barədə geniş məruzəm gözlənilirdi. Amma son anda məni çıxışçılar siyahısından çıxardılar. Şəxsən mən bilmirdim/ Azərbaycandan bu tədbirə məndən başqa kimlər dəvət alıb, kimlər çıxış edəcəkdilər. Ona görə də bu məsələ barədə xəbərsizəm.”

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Həbsxanada övladı yoxa çıxan qadına 20 il cəza verildi

Loading...
%d bloqqer bunu bəyənir: