Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
opec-300x168

Razılaşma əldə olunmasa neftin qiyməti 20-30 dollara enə bilər

OPEC-in noyabrın 30-da keçirəcəyi növbəti rəsmi iclasından əvvəl ayrı-ayrı ölkələrin rəsmi şəxsləri tərəfindən müxtəlif açıqlamalar verilir.

Dünən səhər Səudiyyə Ərəbistanının energetika naziri hasilatın azaldılmasının yeganə qərar olmayacağını bidirib. Nazirin sözlərinə görə, sammitdə razılaşma əldə olunmasa neftin qiyməti kəskin azalmayacaq.

Əlcəzairin energetika naziri Nurəddin Buterfa isə daha bədbin açıqlama verərək, anlaşmanın əldə olunmaması halında neftin qiymətinin 40 dollar/barelə enəcəyini bildirib.

Londonda yerləşən müstəqil araşdırma şirkəti olan “Energy Aspects”in neft bazarlarını araşdırma departamentinin rəhbəri Amrita Senin fikrincə, sabah sammitdə razılaşma əldə olunmasa neftin qiyməti 20-30 dollar/barel həddinə düşəcək.

Xatırladaq ki, dünən OPEC-in 10 saatlıq texniki məsləhətləşmələri nəticəsiz tamamlanıb. Bu görüşdə hər bir ölkənin hasilat kvotaları müzakirə edilib.

OPEC sammiti sabah Bakı vaxtı ilə saat 13:00-da işə başlayacaq. Bakı vaxtı ilə saat 15:00-da sammitin qapalı iclasında qərar qəbul olunacaq və 19:00-da OPEC baş katibinin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Analitiklər sammitin nəticəsinin adətən mətbuat konfransına qədər məlum olduğunu bildirirlər. Qapalı iclasın uzanma ehtimalı da mövcuddur.

(report)

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Çörəyin də qiyməti arta bilər – İSTEHSALÇILARDAN AÇIQLAMA

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: