Now Reading:
Razi Nurullayevin təşkilatında özündən başqa kimsə qalmadı
Full Article 1 minutes read

Razi Nurullayevin təşkilatında özündən başqa kimsə qalmadı



Sabiq AXCP üzvü Razi Nurullayev üçün hakimiyyət tərəfindən yaradılmağa çalışılan siyasi təşkilatdan yenidən istefa sədaları eşidilib.

24saat.org saytı xəbər verir ki, bu dəfə “təşkilatda” qalan barmaqla sayılası şəxslərdən daha bir neçəsi Nazim Manafov, Fәxrim Әbdülәzimov, Cavid Musazadə və Vüsal Bayramov Razi Nurullayevin yarıtmaz fəaliyyətinə etiraz olaraq təşkilatı tərk ediblər. Fәxrim Әbdülәzimov yaydığı bəyanatda Nurullayevin maliyyə resurslarının şəffaf olmamasını bəhanə gətirsə də, özəl mənbənin bizə verdiyi səhih məlumatda əsil səbəb göstərilib. Nurullayevə yaxın şəxsin iddiasına görə təşkilatda qalan son bir neçə nəfərin də istefasına səbəb təşkilat sədrinin referendumla bağlı “facebook” profilində yazdığı statusu hakimiyyətdə təmsil olunan məmurlardan birinin cangüdəninin israrı ilə əvvəl yumşaltması, daha sonra isə birdəfəlik silməsi olub.

Mənbəmiz iddia edir ki, uzun müddət təşkilat üzvlərinin adına maaş yazılsa da, onlara bu pulu verməyən Nurullayevin son adıımından sonra təşkilata aldadılaraq üzv olunan şəxslər işin nə qədər qeyri-ciddi olmasının fərqinə varıblar.
Sonda onu da bildirək ki, artıq Nurullayev üçün yaradılmağa çalışılan təşkilatda istefa vermək üçün siyasi fəaliyyətlə məşğul olan kimsə qalmayıb.
24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: