Now Reading:
Razi Nurullayevin silahdaşı təkzib etdi – HEÇ KİMƏ PUL ATMAMIŞAM
Full Article 40 second read

Razi Nurullayevin silahdaşı təkzib etdi – HEÇ KİMƏ PUL ATMAMIŞAM



Bu gün axşam saatlarında saytımıza Razi Nurullayevin yaratmağa çalışdığı təşkilatın İdarə Heyərinin üzvü, sabiq təşkilat komitəsinin müdiri Ələddin Kəsəmənli tərəfindən zəng olunub. Cənab Kəsəmənli saytımızda yayımlanan ” İşçisi Razi Nurullayevə 10 min manat “atdı” – Sədri Kəsəmənlidən küsdürən şok səbəb ” başlıqlı yazıda onun barəsində yazılan məlumatların həqiqətdən uzaq olduğunu bildirib. O qeyd edib ki, Razi Nurullayevdən heç bir məsələ üçün pul almayıb və ümumiyyətlə kiməsə pul atmayıb. Daha sonra “rayon təşkilatı yaratmaq və formalaşdırmaq mənim səlahiyyətimdə olmayıb, buna hüuqum olmayıb” fikrini səsləndirən Ələddin Qarayev 24saat.org saytını prokurorluğa verəcəyini də qeyd edib.

Biz də öz növbəmizdə yayımladığımız məlumatın Nurullayevin yaratmağa çalışdığı təşkilata yaxın çevrələrdən saytımıza gəldiyini bildirməklə yanaşı qeyd edirik ki, cənab Ələddin Qarayevə qarşı heç bir qərəzimizin olmadığını bəyan edirik.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: