Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Razi Nurullayevin cinayətkar dəstəsi barədə ölçü götürüləcəkmi?

27 May 2016-ci il tarixində özünün siyasətçi hesab edən və hakimiyyəti buna inandıraraq ölkənin ən böyük iki siyasi partiyasından biri olan AXCP-ni parçalamağa ən uğursuz cəhd edən Razi Nurullayev küçə uşaqlarına xas şəkildə status yazaraq kimliyini ortaya qoydu.

Təbii, kiməsə əxlaqlı və ya əxlaqsız olmalısan demək kimi şansımız yoxdur. Əgər olsaydı, bunu illər əvvəl Nurullayevin siyasi xələfi olan Hafiz Hacıyevə deyər və Azərbaycan siyasətində “ölüm”, “təhqir”, “təhdid” kimi insanlığa və siyasətə yaraşmayan nüansların qarşısına keçə bilərdik.

İndiki durumda vəziyyət siayasi arenanın ilhaməquliyevalığını üstlənən Razi Nurullayev və çevrəsi ona qarşı çıxanlara “ölüm hökmü” ilə cavab verir.  Maraqlısı isə budur ki, bu hökmə ölkənin hüquq-mühafizə orqanları heç nə olmamış kimi sükutla tamaşa edir.

24saat.org olaraq xatırladaq ki, insan həyatına və təhdidlərə ikili standartla yanaşan Azərbaycan hüquq-mühafizə orqanları, konkret olaraq Baş prokurorluq bu kimi hallara müxalifyönümlü şəxslərə qarşı dərhal CM-in 134-cü maddəsini tətbiq etməklə presidentə yol açıb. Misal üçün, AXCP-sədri Əli Kərimlinin əmisi oğlu barəsində başladılan cinayət işini göstərə bilərik.

Təbii ki, hüquqi dövlətlərdə bu kimi hallara, xüsusən də insan həyatı mübahisə predmetidirsə, ikili yanaşmadan söhbət belə gedə bilməz. Amma ölkəmizdə iqtidarın maraqlarını müdafiə edən cib müxalifətinin ən son “stavka” olunan siması açıq şəkildə kimlərisə ölümlə və cinsi zorakılıqla təhdid edə bilər və ona “Məsləhətləşdim” yazdığı şəxslərdən razılıq aldığı üçün kimsə “gözün üstə qaşın” var deyib ölçü götürə bilməz.

Keçək konkret faktlara:

  1. “Hər zaman ölüm hökmünün əleyhinə olmuşam” yazan Nurullayev ilk mərhələdə hüququ danışdırmaq niyyətini ortaya qoysa da, daha sonra “İkinci yol isə, onların ev ünvanlarının, ata və analarının, ailə üzvlərinin yerinin müəyyən edilməsidir. Bu işə başlanıb və onlar qoy artıq rahat yatmasınlar. Elə onların əzizlərinin yanında, əzizlərinin gözünün qabağında dedikləri sözləri onların özlərinə tətbiq olunmasını öz əzizlərindən istəməkdir. “XXXXX” da olacaqlarsa, arvadlarının, ata və analarının, bacı və qardaşlarının gözü qabağında olsunlar” yazaraq həqiqi niyyətini ortaya qoyur.

Nurullayev daha sonra “Bəlkə də bu ölkədə bir illik diktatura yaradıb, yaramazların hamısını təmizləmək lazımdır ki, cəmiyyət özünə gəlsin. Çünki, onlardan törəyənlər də mikrob olacaq” deyərək həm demokratiyaya, həm də qanunlara olan münasibətini nümayiş etdirir.

  1. Nurullayevin bu statusundan sonra ona qarşı çıxan, siyasi fəaliyyətini ifşa edən şəxslərə qarşı başqa-başqa şəxslər tərəfindən təhdid mesajları atılmağa başlayır. 24saat.org olaraq əlimizdə Nurullayevin cangüdənliyini (?) həyata keçirən Şamxal Kərimovla siyasi fəal Dəyanət Babayev arasınra reallaşan yazışmalarının screenshot-ları var. Həmin danışığın görüntülərindən məlum olur ki, Nurullayevin formalaşdırdığı cinayətkar dəstənin üzvləri xoşlarına gəlməyən şəxsləri “çay içmək” adı ilə harasa dəvət edib daha sonra “Vaxt gələr görüşərik”, “Sən məni yaxşı tanımırsan deyəsən”, “Kişisən gəlim söhbət edək” kimi təhdidlərə keçid edirlər.

Əlbəttə, Nurullayevin yazdığı statusdan sonra bu təhdidlərin başlaması, əslində hər şeyin konkret olaraq əvvəlcədən planlaşdırıldığından xəbər verir.

Bu isə bütün hallarda sözü siyasi müstəvidən çıxarıb hüquqi müstəviyə daşımağa zəmin yaradır. Lakin göründüyü kimi, Nurullayevə “yaşıl işıq” yandıran havadararı bu məslədə də qanunun deyil, şəxsi maraqlarının yanında olduqlarını nümayiş etdirirlər.

Zəruri qeyd: Şamxal Kərimov tərəfindən təhdid olunan Dəyanət Babayevin yaxın saatlarda Daxili İşlər Nazirliyinə müraciət edəcəyini öyrənmişik.

24saat.orgsamxal1

 


samxal2

samxal3

samxal5

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Akif Çovdarov azadlığa çıxa bilər – ŞOK BAZARLIQ

%d bloqqer bunu bəyənir: