Loading...
Loading...

Rayonların qaytarılması prosesi dayandı – SİRR

Aprel müharibəsindən sonra intensivləşən Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar hazırda dondurulmuş vəziyyəti xatırladır.

Halbuki, mayın 16-da Vyana və iyunun 20-də Sankt-Peterburq görüşündə ciddi irəliləyişlər haqda məlumatlar var idi. Sankt-Peterburq görüşündən sonra rəsmi Bakı rayonların qaytarılmasından sonra qaçqınların qayıdışı və Qarabağın statusunun həlli üçün müzakirələrin başlanmasına dair razılığın olduğunu açıqlamışdı.

Ermənistan tərəfi bunu tələm-tələsik təkzib etsə də, bu təkzibin erməni ictimaiyyətinə yönələn ritorika olduğu məlum idi.

– İşğal olunmuş Qarabağ ətrafındakı 7 rayondan 5-i ilkin mərhələdə qaytarılır

– İki rayonun qaytarılması prosesi sonrakı mərhələdə həll olunur

– Qaçqınların öz evlərinə qayıtması həll olunur

– Bölgədə sülhməramlılar yerləşdirilir

– Dağlıq Qarabağın yekun statusu ilə bağlı müzakirələr başlanır

Lakin danışıqlar qəfil dalana dirəndi. Ekspertlər bunu iyulun 17-də İrəvanda silahlı qrupun polis binasını tutaraq qiyama başlaması ilə əlaqələndirirdi. Daxili vəziyyət pisləşdiyi üçün Rusiyanın təşəbbüsü ilə İrəvana vaxt verilmişdi.

Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra Ankaranın Moskva ilə anlaşması bölgədə yeni reallıqlar yaratdı. Azərbaycan-Türkiyə-İran-Rusiya formatının yaranması ideyası yarandı. Belə olan halda, Ermənistan kənarda qala bilməz. İrəvanın bu həlqənin içinə daxil olması üçün mütləq mənada Qarabağ münaqişəsinin həlli lazımdır. Hansı ki, bütün region ölkələri bunun Azərbaycanın ərazi bütövlüyünün bərpası çərçivəsində olmasını qəbul ediblər. Avqustun 8-də Bakıda olan Rusiya prezidenti Vladimir Putin, bir gün sonra Ərdoğanla rus torpaqlarında görüşdü. Avqustun 10-da isə Serj Sarkisyan Moskvaya dəvət olundu. Ermənistana verilən möhlət başa çatmış və proses yenidən başlanır fikirləri ortaya çıxdı. Lakin üfüqdə hələ də heç nə görünmür.

Bunun fonunda Ermənistanda baş nazirin dəyişməsi baş verdi. Ovik Abramyanı “Qazprom”da işləyən Karen Karapetyan əvəz etdi. Ehtimallar var ki, Karapetyanın bu posta gətirilməsi Rusiyanın Qarabağ planının tətbiqini sürətləndirmək gedişidir.

Ermənistanın “Lragir” saytının yazdığı bir məlumat isə danışıqlar prosesinin ləngiməsindəki sirri müəyyən qədər ortaya çıxarır.

“Qarabağ danışıqlarının səngiməsi hər şeydən əvvəl Ermənistanda parlament seçkiləri və hazırki hakimiyyətin dəyişməsi ilə bağlıdır. Seçkilərdən sonra Ermənistan prezidenti Qarabağ üzrə danışıqlar aparmaq hüququnu başqasına verəcək. Hələlik həmin şəxsin kim olduğu həll olunmayıb. İndi Serj Sarkisyan mövcud vəziyyəti saxlamağa çalışır və Qarabağla bağlı qərarlar qəbul etməkdən imtina edir. Ermənistanda hakimiyyətin ötürülməsi prosesindən sonra Qarabağ danışıqlarına qayıtmaq mümkün olacaq. İndiki halda bu, çətin görünür”, – deyə sayt yazıb.(publika)

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İrəvan Qarabağda bunu etsə… – NATO Ermənistanı bombalayacaq

Loading...
%d bloqqer bunu bəyənir: