Loading...
Loading...

Rayonlarımızın girişindəki dekorasiyalar adamı “allergiya” edir – AÇIQLAMA

“Rayonların girişində, adət-ənənələrimizə uyğun olaraq qoyulan bəzi abidələr, dekorasiyalar lazımlıdır. Çünki, rayonun özünün, tarixini, oradakı insanların keçmişini əks etdirir. Amma təəssüflər olsun ki, bəzi rayonların girişindəki həmin dekorasiyalar çox bayağı olur”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib.

 

O rayonların girişində böyük, dəbdəbəli körpülərin, qalaların tikilməsinin tərəfdarı olmadığını deyib:

 

“Çünki Azərbaycanın sərhədləri var və onlar yüksək səviyyədə qorunur.

 

Hansısa icra başçısı külli miqdarda xərc çəkir, pul silmək adı ilə rayonun girişində alınmaz qala ucaldır. Bir neçə ildən sonra icra başçısı dəyişdiriləndə yeni gələn əvvəlkinin ucaltdıqlarını bəyənmir. Sökdürür, yenidən vəsait sərf edərək öz bildiyini edir. Beləliklə də dövlətin külli miqdarda vəsaitini külə çevirib rahat yerlərində otururlar”.

 

T.Rzayev məlumat xarakterli dekorasiyaların qurulmasının əleyhinə olmadığını da diqqətə çatdırıb:

 

“Məsələn, Gəncə şəhərinin girişində Nizaminin “Xəmsə”nin əks olunması əslində pis hal deyil. Çünki, oradan keçən minlərlə vətəndaş “Xəmsə” və onun müəllifi barədə məlumatlı olur. Yaxud Naftalanda neftin təbliği ilə əlaqəli dekorasiya ziddiyyət təşkil etmir. Bu, təbliğatın ən optimal növüdür.

 

Amma bəzən şəhərin giriş qapısında elə bayağı xəritələr çəkir, elə dekorasiyalar qururlar ki, bu insanların marağına yox, “allergiya”sına, narahatlığına səbəb olur.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

“Sovetski” belə olacaq – VİDEO

%d bloqqer bunu bəyənir: