Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Rayonlarda ot bahalaşdı: 2 manat 40 qəpik – VİDEO

Bölgələrdə ot biçininin yekunlaşması qiymətlərə də təsir edib. Yay ayına nisbətən ot bağlamalarının qiyməti artıb. Əksər ot tədərük edən kəndlilər isə daha baha satmaq üçün qış aylarını gözləyir.

Xezerxeber.com bildirir ki, yay mövsümünün başa çatması ilə heyvan yemlərinin xüsusi ilə Ot bağlamalarının qiymətlərində artım müşahidə olunur.
Təxminən bir ay öncə 1 manat , 1 manat 30 qəpiyə satılan ot bağlamalarının hazırda qiyməti 2 manat 40 qəpiyə təklif olunur. Satıcıların sözlərinə görə əsasən yoncadan olan bu heyvan yeminin yerindəcə qiyməti   yaydakına nisbətən artıb.
Cəlilabatdakı əksər təsərrüfat sahibi vəziyyətdən çıxış yolunu qış aylarında saxladıqları heyvanların sayını azaltmaqda görürlər.
Yayın quraq keçməsi qərb bölgəsində fermerlərin ot tədarükünə təsir edib. Tovuzda sahələrdən biçilən yonca bağlaması hazırda 2.50-3 manata satılır ki, buda ötən ilə nisbətən bahadır.
Hazırda yonca biçini yekunlaşmaq üzrədir. Əksər ot tədərük edən kəndlilər isə daha baha satmaq üçün qış aylarını gözləyirlər.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Dollar yavaş-yavaş ucuzlaşır… – Manatın taleyi necə olacaq?

%d bloqqer bunu bəyənir: