Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
tv

Rayonlarda analoq yayım dayandırıldı

Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda analoq yayım dayandırıldı. Bunu Trend-ə “Teleradio” İstehsalat Birliyindən deyiblər.

Məlumata görə, dekoderlərin satışı Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmaz poçt şöbələrində həyata keçirilir.

Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün dekoderləri (“Set-Top-Box”) 22 manat ödəməklə istifadə haqqında təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür.

Rayonlarda rəqəmsal yayıma keçid mərhələli şəkildə həyata keçiriləcək. İkinci mərhələdə dekabrın 10-dan Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygol, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Məngəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq yayım dayandırılacaq.

Üçüncü mərhələdə dekabrın 20-dən Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astara rayonlarında analoq yayım dayandırılmaqla rəqəmsal yayıma keçid həyata keçiriləcək.

Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Azərbaycanlı model içib deputatları biabır etdi – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: