Now Reading:
Rayonlara da ikimərtəbəli qatarlar işləyəcək – VİDEO
Full Article 40 second read

Rayonlara da ikimərtəbəli qatarlar işləyəcək – VİDEO



Artıq bölgələrə də 2 mərtəbəli müasir görkəmli və komfortlu qatarlar hərəkət edəcək. Bununla bağlı dəmiryol vağzalına yeni qatarlar gətirilib.

Bundan əlavə yeni qatarların Bakı-Yalama istiqamətində də hərəkət edcəyi nəzərdə tutulur.

Qatarlar tam olaraq ən son texnologiylarla idarə olunur.Qatarlarda sərnişinlərin rahatlığı üçün kondisioner və Wİ Fİ  sistemi fəaliyyət göstərir.

Yeni qatarlarda gediş haqqı da fərqli olacaq.

Bununla yanaşı Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarların 2 stansiyada dayanacaqları olacaq. Bu stansiyalarda da təmir işləri başlanılıb.

Bu iki istiqamətə gedən sərnişinlər üçün də yeni tariflər müəyyənləşəcək.

Qeyd edək ki, Sumqayıt istiqamətində biletin qiyməti 80 qəpikdir.

24saat.org “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: