Loading...
Loading...

Rayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılmamasının əsl səbəbi məlum oldu

Məqsəd müxalifətin aksiyalarında rayon sakinlərinin iştirakını əngəlləməkdir

Məlum olduğu kimi, rəsmi qurumlar cari ilin 15 sentyabr tarixindən etibarən rayon qeydiyyatında olan avtomobillərin Bakıya daxil olmasının əngəllənəcəyini bəyan etmişdir. Rəsmi açıqlamada bildirilirdi ki, buna səbəb yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq paytaxtda yarana biləcək mümkün sıxlığın qarşısını almaqdır.
24saat.org-a özəl mənbədən daxil olan məlumatda yenidən aktivləşdirilən məlum yasağın əsl səbəbi məlum olub. Məlumatlı qaynağın sözlərinə görə, əslində rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişinin əngəllənməsi müxalifətin Bakıda keçirdiyi aksiyalarla bağlıdır. Belə ki, Milli Şura sentyabrın 17-də, Müsavat Partiyası isə sentyabrın 18-də aksiya keçirməyi planlaşdırır ki, bu aksiyaların hələ bir müddət davam edəcəyi gözlənilir. Məhz bu səbəbdən də hakimiyyət rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə mane olmaqla aksiyalarda müxalifətin rayon təşkilat üzvlərinin, eləcə də rayon ictimaiyyətinin iştirakını əngəlləməyə çalışır. Hakimiyyət ideoloqları hesab edir ki, avtomobillərlə bağlı qadağanın yenilənməsi rayon sakinlərinin aksiyalarda iştirakının qabağını əhəmiyyətli dərəcədə ala, bunu rayon sakinləri üçün üzücü bir prosesə çevirə bilər.

24saat.org

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Hafiz Hacıyev: “Sosial şəbəkələrdə mənə yaltaq deyirlər”

Loading...
%d bloqqer bunu bəyənir: