Now Reading:
Rasim Əliyevin işindən apelyasiya şikayəti
Full Article 2 minutes read

Rasim Əliyevin işindən apelyasiya şikayəti



Mərhum jurnalist Rasim Əliyevin ölüm işi ilə bağlı çıxarılan məhkəmə hökmündən apelyasiya şikayəti verilib. Bu haqda Azadlıq Radiosuna mərhumun vəkillərindən Fariz Namazlı bilgi verib.

Apelyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin jurnalistin ölümündə günahkar sayılanları cəzalandıran hökmünün ləğv edilməsi istənilir. Vəkil deyir ki, onlar hökmün əsaslı, tam araşdırma aparılmadan çıxarıldığı qənaətindədirlər.

«Həm istintaq, həm də məhkəmə araşdırması zamanı xüsusilə, R.Əliyevin ölümündə həkim səhlənkarlığı motivinin də araşdırılmasını istəmişdik. Vəsatətlərimizə baxmayaraq, bu motiv lazımınca araşdırılmayıb» – deyən vəkil qeyd edib ki, apelyasiya instansiyasından hökmün ləğv edilməsini, işin yenidən birinci instansiya məhkəməsinə qaytarılmasını tələb ediblər.

Rasim Əliyevi «Facebook» sosial şəbəkəsində futbolçu Cavid Hüseynov barədə şərh yazandan sonra, 2015-ci il avqustun 8-də bir qrup şəxs döyüb. Avqustun 9-da səhərə yaxın xəstəxanada vəfat edib. Bununla əlaqədar altı nəfər həbs olunub. 5 nəfər CM-nin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunurdu.

Bakı Ağır Cinayətlər Məhkəməsi 5 nəfərin işi üzrə hökm verib. Hökmə əsasənElşən İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Jurnalistin ölümündən sonra həbs edilən futbolçu Cavid Hüseynovun məhkəmə işi isə ayrılıqda davam edir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: