Rasim Əliyev anılıb – FOTOLAR


Dünən – avqustun 9-da fotoreportyor Rasim Əliyevin öldürülməsindən bir il ötdü.

Dünən bir çox ictimai xadim və mətbuat nümayəndəsi qətlə yetirilən mərhum jurnalistin məzarını ziyarət edib.

24saat.org xəbər verir ki, ötən il avqustun 8-də Rasim Əliyev “Qəbələ” futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup şəxs tərəfindən döyülüb. Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilib.Onun qabırğaları sınıb və sol qulağı eşitmir. Sosial mediada verilən məlumatlara görə, jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini “Facebook” səhifəsində tənqid etməsi göstərilib.

Rasim Əliyev 2015-ci il avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində rəhmətə gedib. Jurnalist Mehdiabad qəbiristanlığında dəfn edilib.

Bu ölümlə bağlı həbs edilənlər oldu, məhkəmə prosesləri keçirildi.2 3 4 5 6 7 8 9 99 rasim1

 

 

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Günahsız insanların məhkum edildiyi məkandan – REPORTAJ

%d bloqqer bunu bəyənir: