Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ramiz Mehdiyevin səlahiyyətləri əlindən alınıb?

 

24saat.org saytının əldə etdiyi ilginc informasiyada YAP iqtidarının bətnində ciddi çatların baş verdiyini təsbit etməyə kifayət edəcək nüansları sezmək olur.

Belə ki, məlumatlı şəxsin saytımıza verdiyi və təsdiqlənməyən məlumatda bildirilir ki, arxada qoyduğumuz həftə bir zamanlar FÖVQƏLNAZİR kimi tanınan Kəmaləddin Heydərovun nəzarətində olan media qruluşlarına Prezident Adminstrasiyasından verilən istənilən xəbərin yayımlanmaması, o cümlədən onların hər hansı xahişinin birmənalı şəkildə yerinə yetirilməməsi tapşırığı verib.

Təbii ki, bu günə qədər “Naxçıvan klanı” kimi xarakterizə edilən  Heydərov-Mehdiyev tandeminin birdən-birə bu qədər ciddi intriqaya getməsi bir çox incə məqamlardan xəbər verir. Öncəliklə qeyd etməliyik ki, aşağıda sadalayacağımız bütün iddialar verisiya xarakteri daşıyır. Beləliklə

Hakim komandada nə baş verir?

İlkin ehtimal bundan ibarətdir ki, heç bir xüsusi ehtiyac olmadan reallaşması zəruzətə çevrilən referendum məhz uzun illər hakim kabineti formalaşdıran BOZ KARDİNALdan yaxa qurtarmaq üçün təşkil olunur. Bu zaman Heydərovun anti-mehdiyev koalisiyasında yer alması özünü və artıq itirmək üzrə olduğu böyük biznes imperiyasını qorumağa uğursuz cəhd kimi qiymətləndirilə bilər.

İkinci versiya isə referenduma qədər Mehdiyevin səlahiyyətlərini itirməsi ilə bağlı ola bilər ki, bu məqamda Heydərovun cəsarəti qarşısında şapka çıxarmağa dəyər. Başqa sözlə, əgər hazırda cənab Mehdiyev bütün səlahiyyətlərini və nüfuzunu itiribsə, onun əvəzinə hələlik adı bizə məlum olmayan kimsə PA-nın idarəetməçiliyini ələ alıbsa, bu zaman Heydərovun nəzarətində olan media qruluşlarına “stop” əmri verməsi siyasi iqtidara aşkar meydan oxumaqdır.

Bu həm də, referendumdan sonra hakimiyyəti titrədə biləcək ciddi qarşıdurmaların olmayacağı, daha doğrusu, paşayevlərin mübarizədə sona qalan qəhrəman olacağının işarəsidir.

24saat.org

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Ermənilər BOZBAŞIMIZI dünyaya öz malları kimi satır – FOTOLAR

%d bloqqer bunu bəyənir: