Ramiz Mehdiyevin komandası hərəkətə keçib

Yenidən anti-Qərb kampaniyasına start verilib

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 1news.az saytına dərc olunan məqaləsindən sonra yaxın çevrəsi də hərəkətə gəlib. Qeyd edək ki, Ramiz Mehdiyev həmin məqalədə Qərbi və Qərbin maliyyə institutlarını tənqid atəşinə tutub. Administrasiya rəhbəri məqalədə Qərblə əməkdaşlığın “ziyanlı tərəfləri”ni izah edib.

Bu məqalədən sonra Ramiz Mehdiyevə yaxın olduğu iddia edilən deputat Elşən Mustafayev yazı ilə çıxış edib. O, ölkə başçısı Ilham Əliyevin Respublika Günündə “Buta palace”də çıxışında “hədəfdə mənəm” bəyanatını şərh edərək Qərbin ünvanına ittihamlar səsləndirib. Deputatın ittihamları Ramiz Mehdiyevin anti-Qərb tezisləri ilə üstü-stə düşür. Elşən Mustafayev yazır: “Kiçik Buş Gürcüstanın milli bayramında tvist oynayacaq qədər var idi, bu ölkənin yanında. Amma paralel olaraq Saakaşvilinin üzərinə olmazın öhdəliklər qoymuşdu. Ki, məsələn hər bəyənatında Putinə hədə-qorxu gəlsin, ağır atmacalar atsın, kənardan sanki Gürcüstanın deyil də, Rusiyanın Prezidenti kimi davransın. Sonuc? Nəticə? – Müharibə başladı, Prezident devrildi, yeni qurulan iqtisadiyyat məhv oldu, Gürcüstanin illər boyu həsrətində olduğu demokratiya beşiyindəcə boğuldu. Yekunda isə Cənubi Osetiya və Abxaziyanın müqəddəratı abstrakta girdi.

Alın, bu da sizə Qərb dəstəyi!

Ayrıca, qəribə olan bilirsinizmi nədir? Qərbin bu qədər “beyin institutları”nın var olmasına rəğmən yalnızca “A” variantı üzərində mühakimə yürütməkliyi. Və ya həmin dairələr ərazi məsələsində, digər prinsipial mövzularda Rusiyanın mövqeyinin heç bir işə yaramayacağını israrla qeyd edirlər. Anlaşıldı. Orası qismən doğru. Amma bununla iş bitirmi? Baxın, bir neçə həftə öncə Gürcüstan öz ərazisində NATO təlimlərini düzənlədi. Guya Rusiyaya demarş məqsədi ilə. Və hadisənin üzərindən 3 gün keçməmiş, yəni NATO tanklarının torpaq üzərindən hələ izi getməmiş bir baxdıq, Cənubi Osetiya və Abxaziya əhalisindən təşəbbüs gəlib. Ki, bəs biz Rusiyaya birləşmək istəyirik. Tez bir zamanda referendum keçirilsin.

Ya da olsun Ukrayna. Gül kimi dövləti, xalqı öncədən ölkə daxilinə yeridilmiş xüsusi missioner qrup vasitəsilə siyasi zombiyə çevirib nə kökə saldılar. Yenə də Rusiyaya görk məqsədilə. Oysa, hal-hazırda duruma baxın: Krım tamamən unudulub. Müzakirə mövzusu belə deyil. Artıq masa üzərində Donbasın söhbəti gedir. Yəni, təyinat, fabula bax bu qədər istiqamət dəyişikliyinə uğrayıb”.

Məqalənin sonunda isə deyilir: “Bir var gədə olub, əl buyruğu olub hədəfə gələsən, bir də var kişi kimi var olub!

Bir var, kiminsə ətəyində, qucağında oturaraq hədəfə gələsən, bir də var bütün müştəbehləri, özünü ağsaqqal sayanları gərəkən məqamda yerində otuzduraraq!

Bir var rədd edildiyin üçün hədəfə gələsən, bir də var rədd etdyin üçün!

Bunlar çox fərqli şeylərdir, əzizlərim”.

Hakimiyyətin Qərblə əməkdaşlığa can atdığı bir dönəmdə Ramiz Mehdiyev və komandasının hərəkətə keçməsi iqtidar daxilində ciddi parçalanmanın olduğunu deməyə əsas verir.

15 nəfəri öldürən penoplast deputatın “Kristal Abşeron”una üzlənib – Şikayət

Sonrakı Yazı »

Kreml Əliyev, Putin və Ruhaninin görüşəcəyini təsdiqlədi

%d bloqqer bunu bəyənir: