Ramil Usubovdan yeni kadr təyinatları

Azərbaycan daxili işlər orqanlarında yeni kadr dəyişiklikləri olub.

“Report” xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Cinayət Axtarış İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Hikmət Qasımov işdən azad olunaraq Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.

Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinin rəis müavini, polis mayoru Bəhruz Musayev vəzifəsindən azad edilərək Quba Rayon Polis Şöbəsinin İstintaq bölməsinə rəis təyin olunub.

24saat.org
Loading...

Sarayda etiraz aksiyası – “Erməni kilsələrinə verilən qazdan biz də istəyirik” FOTO

Sonrakı Yazı »

Ali Məhkəmə Müsavat başqanı müavininin cəzasını azaltdı

%d bloqqer bunu bəyənir: