Now Reading:
Ramil Usubov iki polis rəisinin yerini dəyişdi – ƏMR
Full Article 40 second read

Ramil Usubov iki polis rəisinin yerini dəyişdi – ƏMR



Bu gün daxili işlər naziri Ramil Usubov iki polis rəisinin xidmət yerinin dəyişdirilməsi ilə bağlı əmr imzalayıb.

Anspress-in məlumatına görə, əmrə əsasən Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Ədalət Yaqub oğlu Abbasov Bakı şəhərinin Nizami Rayon Polis İdarəsinə rəis təyin edilib.

Digər bir əmrlə isə Nizami Rayon Polis İdarəsinin rəisi Nofəl Hidayət oğlu Məhərrəmov isə Xaçmaz Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Vəzifəyə yeni təyin edilən Ədalət Abbasov sayta açıqlamasında bildirib ki, nazirin bütün göstəriş və tapşırıqlarını bacarıqla yerinə yetirəcək: “Nizami rayonu ərazisində də asayişin qorunması üçün əlimdən gələni edəcəm. İşimə vicdanla yanaşacam”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: