Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ramil Usubov bəzi rəisləri işdən çıxarıb?

Tovuz rayon Dövlət Yol Polisi şöbəsinin rəisi Misir Quliyev vəzifəsindən azad edilməsilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

 

M.Quliyev Trend-ə açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və o hazırda həmin vəzifədə xidmətini davam etdirir: “Mən də bu barədə məlumat aldım və Daxili İşlər Nazirliyi ilə əlaqə saxladım. Nazirlikdən bildirdilər ki, bu barədə nazirin heç bir əmri yoxdur. Məlumatı kimin yaydığını bilmirəm. Biz xidmətçiyik, cənab nazir təyin edib, məsləhət biləndə vəzifədən azad edə bilər. Amma onu deyə bilərəm ki, hələlik bu barədə mənə heç bir göstəriş verilməyib”.

Xatırladaq ki, bu gün Tovuz rayon Dövlət Yol Polisi Bölməsinin rəisi M.Quliyevin vəzifəsindən azad edilməsi barədə məlumatlar yayılıb.

 

Bu günlərdə bir neçə rayonun yol polisi rəisi işdən çıxarılıb.

Lent.az-ın məlumatına görə, Tovuz Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin rəisi Misir Quliyev vəzifədən azad edilib.

Bundan başqa, azvision.az Ağcabədi Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin rəisi Dadaş İbrahimovun da vəzifəsindən kənarlaşdırılaraq sərəncama göndərilməsi barədə xəbər yayıb.

Qeyd edək ki, bundan öncə yoxlama tədbirləri nəticəsində Beyləqan Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Zöhrab Məmmədov da vəzifəsindən kənarlaşdırılıb.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Abituriyentlərin yarıdan çoxu 200 bal da yığa bilməyib

%d bloqqer bunu bəyənir: