Now Reading:
Ramil Səfərov “Agent”dən yazdı
Full Article 50 second read

Ramil Səfərov “Agent”dən yazdı



ramil-seferovElnur Eltürk qardaşımın Novruz bayramı münasibətilə hədiyyə etdiyi, gənc yazıçı Əlvənd Mehman tərəfindən yazılmış “Avropalı Agent kod 152” əsərini həvəslə oxudum. Ənənəvi detektiv romanlarından fərqli olaraq, əsərdə ölkəmizin coğrafi və tarixi zənginlikləri, düşmənlərimizin məkrli planları, xalqımızın gözəl adət ənənələri məharətlə təsvir olunub ki, bu da əsəri daha oxunaqlı edir.

Bu sözləri Ramil Səfərov yazıb. Sevilən hərbçimiz əsəri yüksək qiymətləndirib:

“Zənnimcə, hər hansı bir əsəri sadəcə vaxt keçirmək üçün deyil, maariflənmək və dünyagörüşünü artırmaq üçün mütaliə etmək lazımdır. Bu nöqteyi-nəzərdən əsər uğurlu alınıb. Son illərdə gənc qələm sahiblərinin əsərlərinin artması tendensiyası müşahidə olunur ki, bu da çox sevindirici haldır. Əlvənd Mehmana yaradıcılığında uğurlar arzulayır və yeni əsərlərini səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, Əlvənd Mehmanın “Avropalı agent kod 152” romanı yenicə çapdan çıxıb. Əsərdə avropalı erməni agentinin Azərbaycanda gizli işlərindən və ifşa olunmasından bəhs olunur.

Axar.az

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: