Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ramazan ayı: 7 iyun – İmsak və iftar vaxtı

İmsak: 03:10 / İftar: 20:25

Rayonlar üzrə imsak və iftar vaxtları ilə buradakı cədvəllərdən tanış ola bilərsiniz: cədvəllər
Qeyd: Obaşdanlıq vaxtının son həddi sübh namazından 20 dəqiqə əvvəldir.
1-ci günün duası
İmsak duası:
“Allahumməcəl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin vəfu ənni ya afiyən ənil-mucrimin!”.
 
Tərcüməsi: “Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla ey aləmdəkilərin məbudu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!”.
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
 
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Astroloji proqnoz – 07 iyun

%d bloqqer bunu bəyənir: