Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ramazan ayı: 14 iyun – İmsak və iftar vaxtı

Bu gün Azərbaycanda Ramazan ayının yeddinci günüdür.

QMİ-nin açıqladığı Ramazan təqviminə əsasən, səkkizinci gün üçün imsak vaxtı saat 03:08, iftar vaxtı isə 20:29-a təyin olunub.

Səkkizinci günün imsak vaxtı üçün duasını təqdim edirik:

“Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin”.

Tərcüməsi: “İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək yedirtməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı qismət elə, Öz qüdrətin sayəsində, ey Ümid edənlərin Pənahı!”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah bütün oruc tutanların orucunu qəbul etsin!

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Azərbaycan əhalisi ərzaq xərclərini artırıb

%d bloqqer bunu bəyənir: