Advertisements
24 saat

Rakkaya kürdlər deyil, ABŞ əsgərləri hücum edir

«Frans Press» agentliyi Suriya kürdlərinin ABŞ xüsusi təyinatlılari adlandırdıqları hərbçilərin fotoşəkillərini yayımlayıb. Fotoçəkiliş mayın 25-də edilib.
Virtualaz.org xəbər verir ki, hələ aprel ayında BBC-yə müsahibəsində Barak Obama ABŞ-ın Suriyada quru qoşunlarından istifadə etməyə hazırlaşmadığını bildirmişdi. Lakin elə təxminən həmin vaxtlarda Amerika İŞİD-lə mübarizədə suriyalı döyüşçülərə təlim keçən əsgərlərinin sayının 300-ə qədər artırılacağını açıqlamışdı.
Bunlar hərbi əməliyyatlarda iştirak etməyən məsləhətçilər olmalıdır. Lakin fotoşəkillərdən belə məlum olur ki, amerikalı hərbçilər məsləhətçidən çox döyüşçünü xatırladırlar.
Fotoşəkillər Rakkanın yaxınlığındakı kəndlərdən birində çəkilib. «Frans Press» qeyd edir ki, ABŞ hərbçilərinin geyiminin üzərində kürd hərbi dəstələrinin emblemlərini görmək mümkündür. Güman olunduğuna görə, bununla amerikalılar həmin döyüşçülərin hansı ölkəyə məxsus olmasını gizlətməyə çalışırlar.







Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: