Advertisements
24 saat

Raket və Artilleriya Qoşunlarının təlimləri başlayıb


Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Raket və Artilleriya Qoşunlarının təlimləri başlayıb. ANS PRESS-in məlumatına görə, təlimlərdə Rusiyadan alınaraq ölkəmizə gətirilən və qoşunların silahlanmasına yeni daxil olan “Msta S” özüyeriyən haubitsaların praktiki istifadəsi şəxsi heyət tərəfindən həyata keçirilir.

Döyüş vəziyyətinə uyğun səhra şəraitində keçirilən təlimlərdə yüksək dağıdıcı qüvvəyə malik artilleriya sistemlərinin döyüş atışı vəziyyətinə gətirilməsi, digər qoşun növləri ilə uzlaşmada effektiv tətbiqi və hərbi elementlərin praktiki icrası təkmilləşdirilir.

Təlimlərdə müxtəlif məsafələrdə yerləşən tək və cəm halında olan şərti hədəflərin pilotsuz uçuş aparatı vasitəsilə aşkarlanması, koordinatların təyin olunaraq məhv edilməsi üzrə tapşırıqlar da yerinə yetirilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: