Advertisements
24 saat

“Rahat oynamağa imkan vermirdilər” – Rəşad Sadiqov

“Qəbələ”nin kapitanı Rəşad Sadiqov Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qəbələ” – “Maynts” oyunundan (2:3) sonra Qol.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

O, ilk növbədə məğlubiyyəti şərh edib:
“Oyunun gedişi zamanı hesabda irəli çıxdıq, lakin üstünlüyümüzü qoruya bilmədik. Fikrimcə, gücümüz çatmadı. Rəqib Bundesliqa komandasıdır”.
– Qələbə qazanmaq üçün nə çatışmadı?
– Yenə deyirəm, fiziki cəhətdən gücümüz çatmırdı. Get-gedə güc öz sözünü dedi və məğlub olduq.
– Rəşad Sadıqov bildirmişdi ki, Çexiya komandalarından zəhləm gedir. “Qəbələ” də ikinci ildi alman klubları ilə üz-üzə qalır. Sənin onlardan zəhlən getmir?
– Yox, bu, məndə heç bir komandaya nifrət yaratmayıb. Sadəcə, almanlara qarşı oynamaq çox ağırdı. Çünki, onlar “alman maşın”larıdı və bir dəqiqə də dayanmırlar. Gördüyünüz kimi, 90-cı dəqiqədə də hücuma “uçurdular” hücuma.
– Bu gün meydanda həmişəkindən fərqli Rəşad Sadiqov gördük…
– Rəqib imkan vermirdi oynamağa. Bu səbəbdən zəif çıxış edirdik. Top saxlamağa imkan vermirdilər. Topu alırdıq, o zaman qarşımızda 1-2 nəfər peydə olurdu.  Rahat oynamağa imkan vermirdilər.
– Bu gün 90 dəqiqə oynamağa hazır olmadığınız görünürdü…
– Bunu siz belə görə bilərsiniz. Baş məşqçimiz fərqli düşünür.
– “Qəbələ” niyə stadionlaru doldura bilmir?
– Açığı, bu sualı mən cavablandıra bilmərəm. Bu sualı başqa adamlara versəniz, daha yaxşı olar. Bu gün çox gözəl atmosfer var idi stadiomda. Azarkeşlər sağ olsun ki, oyuna gəlib dəstək oldular.
– Dediyiniz atmosferi də almanlar yaratmışdı…
– 100 nəfərlə amosfer olmur ki…
– “Maynts” 1 xal götürə biləcəyiniz rəqiblərdən biri idi, amma…
– Hər üç rəqibdən xal götürə bilərdik. Bəllidi ki, rəqiblərimiz güc baxımından bizdən üstündür. Hər üç klubu eyni gücdə dəyərləndirərdim. Əlbəttə, biz hər bir komandadan xal götürmək istəyirik.
– “Qəbələ”nin qrupdan çıxmaq üçün şansları var?
– Çətindir, çox çətindir. Ancaq ümidlər sonda ölür.
– Bu qrupu ötən il düşdüyünüz qrupla necə müqayisə edə bilərsiniz?
– Keçən ilki rəqiblərimiz güclü idi. Bu ilki rəqiblərimiz isə eyni səviyyədədi. Demək olar ki, rəqilərimiz ötən ilki rəqibimiz “Krasnodar”la eyni gücdədirlər.
– Tez-tez top itkilərinə yol verirdin. Bu, nə ilə əlaqədar idi? Meydanın sürüşkən olması, yoxsa digər səbəbdən?
 
– Əvvəl oynamaq olurdu. Lakin sonra yağış yağdı daha da sürüşkən oldu. Bundan əlavə, rəqib də imkan vermidi oynamağa.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: